Bir Sual
Published:
Bir Sual
Aciz qalıb bir sualın əlində,
Bəşər oğlu min illərdi aradı.
Bir sual var hər insanın dilində,
Hardan gəldik, mənzilimiz haradı?
Bu ömür bir ocaq kimi, - közləri,
Yanır-yanır, hey tələsir sönməyə.
Sevdiyimiz ata-ana bizləri,
Məhkum etdi yaşamağa, ölməyə.
Hər kəs ömrün bir yalana bağlayıb,
Hər bir ömür bir filmin bir bölümü.
Ölüm adlı faciəyə ağlayıb,
Həyat adlı zarafata gülümmü?
