Nəsimiyə Nəzirə

Published:

Nəsimiyə Nəzirə

FAilAtün FAilAtün FAilAtün FAilün

İmadəddin Nəsiminin beyti:

Ey müsəlmanlar, bugün ol yari-pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.


Qoyma, Rəbbim, aşikarə yari-pünhan ayrıla,
Qıl kərəm, ol bivəfayə vermə imkan ayrıla.

Dərdi-eşqin bu viranə könlümün sultanıdır,
Tac u təxtindən de istər hansı sultan ayrıla?!

Cismidən can ayrılarsa, ey Nəsimi, qəm deyil,
Qorxuram bir vaxt gələr kim, ərd u asman* ayrıla.

Bir mərəz var canda könlüm əsdirər rüzgar kimi,
Bəs nədəndir ol mərəzdən istəməz can ayrıla?!

Hey gəzər beynimdə durmaz atəşi-eşq qurşunu,
Verməz imkan xatirimdən əksi-canan ayrıla.

Çöhrə zərdəm həsrətiylə atəşin** rüxsarının,
Mah u aftab*** - neyləyək? - Həqq verdi fərman: Ayrıla!

Kaş sönə nari cəhənnəm göz yaşımla, Samira,
Bu riyakarlıqdan ol zahiydi-nadan ayrıla.


Lüğət:

  • *ərd u asman - yer ilə göy
  • **atəşin - atəşsaçan
  • ***mah u aftab - ay və günəş